"Azərbaycanın fədakar ekofəallarının, gənc könüllülərin və geniş ictimaiyyətin iştirakı ilə Laçın-Xankəndi yolunda davam edən etiraz aksiyası əsl əzmkarlıq nümayişidir. Aksiyada irəli sürülən tələblər tam şəkildə həqiqəti özündə əks etdirməkdədir. Bu aksiya birmənalı şəkildə Azərbaycan cəmiyyətinin ortaya qoyduğu qəti mövqeyidir. Ən əsası isə, aksiya erməni mediasının və ya Fransa və digər ermənipərəst dövlətlərin idda etdiyi kimi blokada və ya humanitar fəlakət deyil". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədrinin sözlərinə görə, ekofəalların tələbləri dinc xarakter daşıyır, sülhməramlılara və ya həmin ərazidən istifadə edən mülki vətəndaşlara qarşı hər hansı bir təhdid yaratmır. Bu fakt Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən də etiraf edilə bilər. Yəni, BQXK-nın maşınlarının yoldan sərbəst istifadə etməsi gülünc "blokada" iddialarını istisna edir. "Bu kimi yersiz iddialar irəli sürən erməni havadarları etiraz aksiyasının nədən qaynaqlanıdığını niyə açıqmır? Niyə bildirilmir ki, Ermənistan üçtərəfli razılaşmaya əməl etmir və hərbi birləşmələrini Azərbaycan torpaqlarından çıxarmır. Bu aksiya özündə bir sıra mühüm məqamları biləşdirdi. Xankəndidəki separatçı rejim, xarici emissarlıq edən Vardanyan imiləri anladılar ki, Azərbaycanın mövqeyi qəti və dəyişməzdir. Azərbaycan bütün proseslərə nəzarə edir. Bu həm də Qarabağın erməni əhalisi üçün bir stimuldur. Onlar qeyri-qanuni rejimdən canlarını qurtarmaq üçün addım atsınlar.
Azərbaycan dövləti hər zaman bildirib ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Onlar da bu ölkənin vətəndaşı olaraq sərvətlərimizin talanması ilə barışmamalıdırlar", - deyən Ə.Kazımova əlavə edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasda çıxış edən Prezident İlham Əliyev bildirib ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib: "Dövlət başçısı vurğuladı ki, Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq. Beləliklə, bəzi ermənipərəstlərin bu mənada apardıqları təbliğat da fiaskoya uğradı. Əminəm ki, yaxın zamanda Azərbaycanın fədakar ekofəallarının haqlı tələbləri yerinə yetəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB