Parklarda hansı təmizlənmə işləri aparılır? - QURUMDAN AÇIQLAMA

Parklarda hansı təmizlənmə işləri aparılır? - QURUMDAN AÇIQLAMA

Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq şəhərin hər yerində yenilənmə və təmizlənmə prosesləri həyata keçirilir. Təbiətin oyanışı ilə əlaqədar olaraq yaz fəsli özünü hər bir halda büruzə verir. Bəs gəlin görək ölkə ərazisində olan parklarda və insanların istifadə etdiyi istirahət yerlərində fəsil dəyişkənliyi ilə əlaqədar olaraq ağacların budanması, parkların təmizlənməsi prosesi necə həyata keçirilir? Mövzu ilə əlaqədar olaraq SİA Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxlayıb.

Qurumdan verilən məlumata görə, ilin əvvəlindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tabeliyində olan parklarda, istirahət yerlərində və yaşılaşdırma mərkəzlərində olan ağaclara qulluq prosesinə başlanılıb: “Belə ki, ağacların dibi bellənilir, quru budaqlar təmizlənir, çürümüş ağaclar kəsilərək yenisi ilə əvəz edilir və yaşılıq ərazilərə gübrə verilir. İlin əvvəlindən bu zamana kimi 2 dəfə ümumşəhər iməcliyi həyata keçirilib. Yaşılaşma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən gündəlik olaraq əsas magistral yolların kənarlarında əkilən ağaclar yuyulur və təmizlik prosesləri aparılır. Qeyd edək ki, ağacların budanması prosesi ilə yanaşı parklarımızda yeni qazon örtükləri salınır. Ağacların suvarılma prosesi də müvafiq qrafikə uyğun olaraq həyata keçirilir. Parklarda və istirahət yerlərində yeni güllərin əkilməsi prosesi aparılır. Bildiyiniz kimi Bakı şəhəri quraqlıq iqlimə malikdir buna görə də ağacların yenilənməsi və qorunması üçün xüsusi qulluq lazımdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə