Hansı qidalar bizi uçuruma aparır? - DİETOLOQ HƏR ŞEYƏ AYDINLIQ GƏTİRDİ

“Bir çox insan hansı miqdarda, hansı vaxtda və nə yeyəcəyinə dair qərarları, yaxın müddətdə istehlak etdiyi yeməyə dair yaddaşının təsiri altında qalır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Dietoloq qeyd edib ki, yaddaş problemləri də, əsasən, acgöz insanlarda müşayiət olunur: "Hamburger, steyk və Qərb mətbəxindən olan bu kimi yeməklər kökəlməyə səbəb olur. Amma təkcə qidalardan insanlar kökəlmir. Çox yatan zaman orqanizmdə kortizol hormonu çox ifraz olunur. Bu da yuxudan durduqda yeməyə olan iştahı artırır. Kökəlmək istəmirsinizsə, o zaman gün ərzində 7-9 saatdan artıq yatmayın”.

Sevinc Həsənzadə sözlərinə belə davam edib: “Səhər və günorta yeməyini yaxşı yemək və axşam yeməyini azaltmaq çəkinin azalmasına səbəb olur. Uzun müddət divan və kresloda oturmaq insanın kökəlməsinə səbəb ola bilər. Qazlı su içməyə olan meyillilik insanı kökəldir. Onun tərklibində kalori və belə sulara asılılıq yaradan maddələr olur. Bu maddələr də insanı kökəldir. Gecə yatarkən səhərə qədər mətbəxə girməməyə söz verin və sözünüzə əməl edin. Bu vərdiş sizi kökəlməkdən qoruyacaq. Qidaları bir-biri ilə qarışdırmayın və bir çeşid yemək götürün. Sağlam qidalanın ki, sağlam olasınız”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə