"Ekofəalların tələbləri təmin olunana qədər aksiyalar davam edəcək" - KOMİTƏ SƏDRİ DANIŞDI

“Ekofəallarımızın aksiyası artıq öz nəticəsini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

O qeyd edib ki, Laçın kalidoru vasitəsi ilə hər hansı bir qanunsuz daşımaların Xankəndiyə, oradan isə Ermənistana aparılmasının qarşısı alınıb: “Yalnız həmin yoldan humanitar məqsədlə aparılan yardım maşınlarının keçməsinə icazə verilir. Son olaraq alternativ yolla ermənilər tərəfindən silah-sursatın daşınılması və eyni zamanda hərbiçilərin aparılması ilə bağlı görüntülər onu göstərdi ki, ermənilər artıq eko fəalların olduğu yollardan istifadə edə bilmirlər. Lakin onlar digər qanunsuz yollara əl atırlar və iki gün sonra Azərbaycan ordusu tərəfindən bu əməllərinin də qarşısı lazımi səviyyədə alındı. Düşünürəm ki, ekofəalların tələbləri tam təmin olunana qədər bu aksiyalar davam edəcək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə