Kiberhücumlardan necə qorunmaq olar? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Bugünkü gündə informasiyanın mühafizəsi və kibertəhlükəsizlik istiqamətində beynəlxalq dərəcədə genişmiqyaslı fəaliyyətlər aparılmaqdadır. Hətta ölkəmiz də bu fəaliyyətlərdən geri qalmır. İnformasiya təhlükəsizliyi istiqamətində bir çox dövlət və özəl sektorlar birlikdə fəaliyyət aparırlar. Bunun əsas səbəblərindən biri günümüzdə kiberinsidentlərin müntəzəm və geniş şəkildə baş verməsidir. Günümüzdə məlumat bildiyiniz kimi çox dəyərlidir. Baş verən müharibələrin eynisini dövlətlər bir-birinə qarşı məlumatların ələ keçirilməsi və ifşası istiqamətində kiber hücumlarla edərək reallaşdırırlar. Bu hücumların nəticəsində bir çox önəmli sahələr və təşkilatlar öz nəsibini alıb. Burada həssas məqamlardan biri ondan ibarətdir ki, kiberhücumların baş vermə səbəbləri insan faktorundan, istifadəçilərin internetdən düzgün istifadə etməməsindən və ya şəxsi təhlükəsizliyin internet ortamında doğru şəkildə riayət edilməməsindən irəli gəlir”. Bu sözləri SİA-ya açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert Şahin Alıyev deyib.

Onun sözlərinə görə, bu hücumların nəticəsində hər gün şirkətlər böyük məbləğdə itki verirlər: “Fərdlər sadəcə özlərinin təhlükəsizliyini təhdid altına alan təhdidlər istəmədən dövlətində əsas kritik infrastrukturlarına qədər sıçraya bilər. Bu səbəbdən dünyada kibertəhlükəsizlik önəmli sahədir. Hər gün keçdikcə buna maraq artmaqdadır. Hazırda ölkəmizdə də kibertəhlükəsizliyə maraq böyükdür. Düşünürəm ki, səbəbi 44 günlük Vətən müharibəsindən düşmənin kiberinsidentlərin və təxribatların qarşısının alınması fəaliyyətləri və dünyada baş verən kibertəhlükəsizlik tendensiyaları oldu. Danışdığımız mövzuda vətəndaşlarımız şəxsi təhlükəsizliyin qorunması və məlumatlarının mühafizəsi barədə daima məlumatlandırılmalıdırlar. İctimaiyyət olaraq məlumatların qorunması mövzusunda daima təhlükəsizliyə əməl etməli və bunun milli təhlükəsizlik olaraq ciddiyətini dərk etməliyik. Ölkəmizdə informasiyanın mühafizəsinin təmin olunması adına beynəlxalq və yerli mütəxəssilərin iştirakı ilə maarifləndirmə layihələri və təlimləri keçirilməkdədir. Bu cür maarifləndirmə fəaliyyətlərinin müntəzəm olaraq keçirilməsi vacibdir.
Bununla yanaşı vacibdir ki, bu cür tədbirləri tədris müəssisələrində genişləndirilsin.

Ekspert sözlərinə davam edərək bildirib ki, digər məsələlər isə artıq bu sahə ilə məşğul olan şəxslərin texniki bacarıqlarının inkişafı məsələləridir: Xüsusi məqamlardan biri də Sosial Şəbəkələr və istifadə qaydalarıdır.
“Sosial şəbəkələrə daxil olduğumuz zaman böyük rəqəmsal dünyanın içinə daxil oluruq. Biz məlumatlarımız və günlük rutin həyatımızda baş verən hadisələri paylaşırıq. Sosial şəbəkə və bu cür sosial portallar insanlar üzərində məlumatların idarə olunması mexanizmidir. Həmçinin, sosial şəbəkələr və bu cür alternativ platformalar reklam xarakterli məlumatların satış bazarıdır. İnternet bizə yalnız sosial şəbəkələri gətirməyib, eyni zamanda asanlıqlarla da təmin edir. Dünyada tədrisə ehtiyacı olan hər bir şəxsin internet məkanında asanlıqla təhsil ala bilməsi kimi məsələləri bu asanlıqlara nümunə çəkmək olar. İnternet geniş anlayış olduğu kimi, həyatımıza özü ilə bərabər ciddi təhlükələr də gətirir. Kiber hücumlar bunun əsas nümunəsidir. Bu hücumlar bəzən düşünülür ki, yanlız bədniyyətli istifadəçilər yəni xakerlər tərəfindən edilir. Əlbəttə ki, bu tam doğru deyil. Günümüzdə bu cür hücumlar sadəcə bədniyyətli xakerlər tərəfindən baş vermir. Xüsusi texniki bacarığa sahib olmayan şəxslər də məlumatın digər internet şəbəkələrində paylaşa və ya məlumat oğurluğu kimi faəliyyətlər apara bilərlər. Bu da təbii ki, milli təhlükəsizliyin qorunmasını böyük təhdid altına alır. İnformasiyanın mühafizəsi sahəsində dünya təcrübəsinə baxsaq görərik ki, bu əsasən daima yenilənən qanunlar tərəfindən tənzim olunur. Ölkəmizdə məlumatların mühafizəsi istiqamətində müxtəlif qanunlar var. Lakin genişmiqyaslı mövzuları əhatə edən və xüsusən kibertəhlükəsizliyin qorunması istiqamətində inkişafa ehtiyac var. Bu istiqamətdə məlumat mühafizəsi və kibertəhlükəsizliyin qorunması zəruriyyətindən doğan vacibliyə əsasən bir çox qanun təklifləri verilməkdədir. Ümid edirik ki, yaxın günlərdə ölkəmizdə də informasiyanın mühafizəsi, kibertəhlükəsizlik siyasəti bir çox yeni qanunlar qəbul olunacaq.

İnsanlara kiberhücumlardan qorunmaq üçün tövsiyəm budur ki, internetdən istifadə edərkən şifrələrə, mail adreslərinə və ümumi internetdən istifadə təhlükəsizliyinə diqqət etsinlər. Buna nümunə olaraq sosial şəbəkələrdə elektron eyni şifrələr və e-poçt adresindən istifadə edirlərsə, digər hesabda giriş zamanı eyni məlumatları istifadə etməsinlər. Ümumiyyətlə çalışmalıyıq ki, asan tapıla biləcək məlumatlar təhdidlərin ilk səbəblərindən biridir. Buna nümunə doğum tarixi, hər kəsə açıq e-poçt adresləri və sıra ilə gedən rəqəm kombinasyonlarını çəkə bilərik. Ölkəmizdə vətəndaşlarımızın pisxoloji boşluqlarından istifadə edərək baş verən fişinq hücumları artım göstərməkdədir. Bu boşluqlar insanları aldadaraq inandırma texnikalarından istifadə olunaraq e-poçt vasitəsi ilə edilir. Buna nümunə baş verən çox ciddi çox hücumlar var. Bunlara daima diqqət etməliyik. Bəzən vətəndaşlar düşünürlər ki mənim məlumatım kimin nəyinə lazımdır. Bilməliyik ki, bədniyyətli xaker sizə vacib olmayan məlumatlarlarla bütün hesablarınızı ələ keçirə və hətta kart məlumatlarınızı əldə edə bilirlər”. Beləcə bildirmək istədiyim biz istəmədən buraxdığımız kiçik boşluqlar bədniyyətli şəxslərin məlumatlarımızı ələ keçirməsinə imkan yaradır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə