"Qızıl buts”a əsas namizədlər BƏLLİ OLDU

"Real Madrid”in fransalı ulduzu Kilian Mbappe “Qızıl buts”a namizədlər arasına yüksəlib. SİA bu barədə “A Bola” nəşrinə istinadən xəbər verir. Mükafat siyahısına 57 xalla “Sportinq”in hücumçusu Viktor Qyökeres başçılıq edir. “Liverpul”un vingeri Məhəmməd Salah 56 xalla ikinci yerdədir. Kilian isə 54 xal ilə üçüncü yerdə qərarlaşıb. İlk beşlikdə “Barselona”nın hücumçusu Robert Levandovski və “Bavariya”nın oyunçusu Harri Keyn yer alıb.

Xatırladaq ki, “Qızıl buts” UEFA-ya daxil olan ölkə çempionatlarının ən yaxşı bombardirinə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə