MM-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı təqdim edilir
Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatı təqdim edilir. SİA xəbər verir ki, hesabat parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
İllik hesabatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov təqdim edir.
Qeyd olunub ki, hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluğunun, Ombudsman Aparatının, Vəkillər Kollegiyasının, beynəlxalq təsisatların, 20 qeyri-hökumət təşkilatının, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.
Həmçinin bildirilib ki, aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə görülən tədbirlərlə müvafiq sahədə əməliyyat şəraitinə davamlı nəzarət, risk qrupuna aid şəxslərin sözügedən cinayətlərdən müdafiəsi təmin olunub, qurbanlar fiziki, psixoloji və sosial reabilitasiya tədbirləri ilə tam əhatə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə