İbrahim Tatlısəs ağrılı günündə Derya Tunanı tək qoymadı! - FOTOLAR

İbrahim Tatlısəs ağrılı günündə Derya Tunanı tək qoymadı! - FOTOLAR

Türkiyəli müğənni İbrahim Tatlısəs keçmiş həyat yoldaşı Derya Tunanın anasının dəfn mərasiminə qatılıb. SİA xəbər verir ki, dəfn mərasimində Tatlısəs və Tuna bir-birini qucaqlayaraq göz yaşı töküblər. Derya Tuna anası Ayşe Tunanın vəfatını sosial media hesabından açıqlayıb. Tunanın anası Çobançeşme qəbiristanlığında ailə qəbiristanlığında dəfn edilib.

Keçmiş həyat yoldaşını anasının dəfnində tək qoymayan İbrahim Tatlısəs “Derya xanım mənə 30 il verdi. Onun anası mənim anamdır. Mən mərhumu sevirdim. Qəbri nurla dolsun. Mən Derya xanımı heç vaxt tək qoymamışam. Mən onun üçün buradayam. Derya Tuna tək deyil. Derya çox kədərlidir. O, anasına körpə uşaq kimi baxırdı"-dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə