Cennifer Lopezin həyatı filmə çevrildi

17 ildən sonra aktyor Ben Affleklə yaşadığı eşq ilə gündəmdən düşməyən Cennifer Lopezin həyatı sənədli film mövzusu olub. SİA xəbər verir ki, həm kino, həm də musiqi sahəsindəki uğurları ilə diqqətçəkən 52 yaşlı Lopez haqqında çəkilən filmdə onun həyatının sonrakı dövrlərdə necə olacağı göstəriləcək.

İyunun 14-də rəqəmsal platformada nümayiş olunacaq “Halftime” sənədli filminin premyerası 8 iyunda Nyu-Yorkda Tribeka Film Festivalında olacaq. Lopezin pop ikonu kimi yadda qalacağı layihədə eyni zamanda, Co Baydenin mərasimdəki çıxışı və çəkildiyi filmlərdən bəhs ediləcək.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə