Müğənninin səhlənkarlığı ona baha başa gəldi

Müğənninin səhlənkarlığı ona baha başa gəldi

Rusiyalı müğənni Rita Dakotanın məsuliyyətsizliyi səkkiz mənzilin suya qərq olmasına səbəb olub.

SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənnini qonşuları şikayət edib. Sənətçi hadisə ilə bağlı “İnstagram” hesabında izləyicilərinə məlumat verib. Dakota sevgilisi və qızı ilə birlikdə Balidə dincəlir. Moskvadakı mənzilində daşqın olduğunu dostundan öyrənib. Müğənni sosial şəbəkədə yazışmasını dərc edərək, ona vanna otağında boru qırılması barədə məlumat verildiyini deyib.

Qeyd edək ki, sənətçinin günahı sübuta yetirilərsə, qonşulara kompensasiya ödəyəcəyinə söz verib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə