Azərbaycanlı modelyer yeni kolleksiyasını təqdim edib

Azərbaycanlı modelyer yeni kolleksiyasını təqdim edib

Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası təqdim olunub. SİA-nın məlumatına görə, kolleksiya "Caspian Rose" adlanırdı. Xeyriyyə məqsədilə keçirilmiş təqdimatdan əldə edilmiş gəlir Bakının Maştağa qəsəbəsindəki uşaq evinin hesabına köçürülüb.


Nəzərinizə çatdıraq ki, modelyerin adıçəkilən kolleksiyası bu yaxınlarda Gürcüstanda \"Georgian Fashion Week\" moda həftəsi çərçivəsində nümayiş etdirilib.


Qeyd edək ki, Fəxriyə Xələfova yeni kolleksiyasını xeyriyyə məqsədilə regionlarda da nümayiş etdirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня