Xalq artisti: "Tamaşaçılar heç vaxt hiss etməməlidir ki, incəsənət adamlarının problemi var" AÇIQLAMA
Xalq artisti Arif Quliyev özü haqda maraqlı etiraf edib. SİA-ya bu haqda aktyorun özü açıqlama verib: "Elə məqam olub ki, ailəmdə problem olub. Səhnəyə çıxılası vəziyyətdə olmamışam. Əhval-ruhiyyəm çox pis olub. Amma mən bütün bunlara rəğmən səhnəyə çıxmışam. Problemimi unutmuşam. Tamaşaçıları güldürə bilmişəm. Hər bir efir adamı bunu etməyi bacarmalıdır. Tamaşaçı hiss etməməlidir ki, biz incəsənət adamlarının problemi var. Əgər tamaşaçılar bunu bir az da olsa hiss etsə, bizdən inciyərlər. Odur ki, hər bir zaman bizi sevənlərin könüllərini xoş etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB