Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi davam edir. SİA-nın verdiyi xəbərə görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər 03-04 sentyabr, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq. Bu həftə "Retro Bakı"nın qonaqları tanınmış müğənni Emine Şirin və rəqqas İlham Kərimli olacaqlar. Həmçinin konsertdə gənc müğənnilər Hüseyn Abdullayev, Səbinə Əsgərova, Cəvahir Abdulova, Nizami Nikbin, Aygün Ağayeva və "Qismət " qrupu iştirak edəcəklər.
Bakı sakinlərini və qonaqlarını rəngarəng konsert proqramına dəvət edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB