Mərhum sənətçi Maykl Ceksonun Las-Veqasdakı dəbdəbəli malikanəsi satışa çıxarılıb. SİA-nın xarici KİV-ə istinadən xəbər verir ki, dünya şöhrətli musiqiçi, 2009-ci ilə qədər uşaqları ilə birlikdə mətbuatdan qaçmaq üçün buranı icarəyə götürmüşdü. "Thriller Villa" adı ilə tanınan malikanə, təxminən 7 hektar sahə üzərində qurulub. 2300 kvadratmetrlik yaşayış sahəsi olan dəbdəbəli evi gəzib bitirmək olmur. 7 yataq otağı, 12 hamamı olan malikanə qala formasında inşa edilib. Evin aşağı qatında sənət qalereyası, eyni zamanda orta əsrlər arxitekturasına görə nizamlanmış kilsə mövcuddur. Bu malikanə əslində 1950-ci ildə teatr sahibi Horst Şmidt tərəfindən Meksikada inşa edilmiş və orijinallığı pozulmadan, kərpic-kərpic Las-Veqasa daşınmışdır. Malikanəyə nəqliyyat üçün gizli keçid mövcuddur. Maykl Cekson paparassilərin hədəfinə düşməmək üçün həmin gizli keçiddən istifadə edirmiş.
(2).jpg)
(2).jpg)
(2).jpg)
(2).jpg)
(2).jpg)
(2).jpg)
(1).jpg)
(1).jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB