Mətanət İsgəndərli qan bahasına başa gələn klipini təqdim etdi FOTOLAR
Bu gün Mətanət İsgəndərli "Nəğmə olub gecələr" adlı klipini mediaya təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə əməkdar artist Mətanət İsgəndərli, aktyor Rəşad Kəsəmənli, xalq artisti Gülyanaq Məmmədova, aparıcı Kamran Quliyev, müğənnilər Kərim Abbasov, Vasif Məhərrəmli, rejissor Ceyhun Kərimov, jurnalistlər və başqaları iştirak edib.
Mətbuat konfransı başlamadan öncə cəbhədə şəhid olan əsgərlər 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan əməkdar artist "Nəğmə olub gecələr" adlı ekran işinin bir il bundan öncə çəkildiyini söyləyib: "Klipi 1 il bundan öncə yay mövsümündə lentə aldıq. Ekran işində nağıl dünyam çəkilib. Mən klipdəki hissləri adi həyatda yaşamamışam. Ekran işi 3 günə Qəbələdə lentə alınıb. Gecələr yatmadan çalışdıq. Klipin rejissoru Ceyhun bu işdə çox əziyyət çəkdi. O, işində olduqca məsuliyyətlidir. Ceyhuna bir az əsəbləşən kimi dırnaqlarını yeyirdi, əlinin qanı axırdı. Artıq Ceyhunla dördüncü iş birliyimdir. Ekran işində kadr arxası məqamlar çox idi. Belə ki, klipdə təhlükəli anlar yaşadıq. Klip çəkilişimiz çox uğurlu oldu".
Tədbirdə söz alan Mətanət İsgəndərlinin "Nəğmə olub gecələr" adlı ekran işindəki tərəf müqabili aktyor Rəşad Kəsəmənli də fikirlərini bildirib: "Xüsusi ilə qeyd edim ki, bu layihədə yer almaqla Mətanət xanım kimi dost qazandım. Ekran işində çalışdım ki, Mətanət xanımın istədiyi obrazı canlandıra bilim. Klipdəki imicim də fərqli oldu. Belə ki, bu klipdən öncə filmlərin birində rol almışdım. Həmin filmə görə bığ saxlamışdım. "Nəğmə olub gecələr" adlı ekran işi üçün də bığlı görkəmim lazım idi. Yəni, üst-üstə düşdü".
Konfransda sənət dostları səbəbkara uğurlar arzu edərək, klipi çox bəyəndiklərini söyləyiblər.
Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.
Foto: Cəlil Rəcəbli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB