Müğənni sevənləri tərəfindən tənqid atəşinə tutuldu

Müğənni sevənləri tərəfindən tənqid atəşinə tutuldu

Müğənni Səbinə Babayevadan yeni xəbər var. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Lyubov kak son" adlı yeni mahnısını rus dilində səsləndirərək təqdim edib: "Çoxları "Qaz-qaz" adlı mahnımdan sonra məni tənqid etdi. "Bu nə bəstədir? Sizin stilinizdə deyil. Niyə belə mahnılar oxuyursunuz?" söylədilər. Amma müğənni hər bir janrda oxumaqla, müxtəlif zövqlü kütlənin gözündə sevilməlidir. Bu dəfə ciddi əsərə müraciət etdim. Hər dəfə də belə əsərləri oxumaq təkrarçılıqdır. İnsanları yormaq düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə