Mayestro Ceyhun Aygünlə Faiqə söz atdı

Mayestro Ceyhun Aygünlə Faiqə söz atdı

Mayestro Ceyhun "Oradio.az" da yayımlanan "Ulduzlu saat" verilişində qonaq olub. Veriliş ərzində mayestro bir çox maraqlı fikirləri ilə yadda qalıb. O, skripaçların öz yolu və dəsti xətti olduqlarını diqqətə çatdırıb. Ceyhun şou-biznesdən də söz açaraq heç kimlə dostluq etmədiyini söyləyib.

Skiripaç sonda xalq artistləri Aygün Kazımova və Faiq Ağayevə də söz ataraq "Səhnəmizin divası, qızıl şlayageri nə deməkdir ki? Mənə çatmır"- deyərək ismarıc göndərib.

Ceyhunun digər söhbətlərindən agah olmaq istəyirsinizsə ORadio.az-da Dj EnigmatiC-in təqdimatında yayımlanan "Ulduzlu saat" verilişini sizə təqdim etdiyimiz linkdən daxil olub izləyə bilərsiniz.

Qeyd edək ki, "Ulduzlu saat" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

http://oradio.az/892-maestro-ceyhun-sehnemizin-divasi-qizil-shlyageri-ne-demekdir-ki-chatmir-mene-wwworadioaz.html

Bütün xəbərlər Facebook səhifəmizdə