Müğənni Vasif Məhərrəmlinin mətbuata açıqlaması deyəsən, bir balaca beyinlərdə sual yarada bildi. Vasif müğənni Xatundan ayrılmağını qısqanclıqla əlaqələndirib. Bu da sənətçilər arasında şəxsi münasibətlərin olmasına işarə olmuşdu.
Xatun Vasif
Məhərrəmlinin bu açıqlamasına SİA vasitəsi ilə münasibət bildirdi: "Vasifin bu açıqlaması, düzünü desəm, məni də
təəcübləndirdi. Bizim aramızda heç vaxt şəxsi münasibətlər olmayıb. Ancaq dost
olmuşuq, toylarda bir yerdə oxuduğumuz üçün işbirliymiz olub. Vasif məndən qısqanclıq üzündən
ayrıldığını söyləyib. Əslində burada qəribə heç nə yoxdur. Gözəl xanımları hər
zaman qısqanıblar. Vasif də azərbaycanlı kişi kimi ola bilər ki, məni
qısqanıb. Bizim mentalitetimizdə bu var ki, hər bir kişi yanındakı xanımı
qısqanır, onu mühafizə edir. Fərqi yoxdur, o xanım onun sevdiyi də ola bilər,
dostu da, iş yoldaşı da. Bir daha qeyd edirəm ki, Vasif Məhərrəmli ilə şəxsi
münasibətlərim olmayıb".
Yeri gəlmişkən, onu
da qeyd edək ki, Xatun bu günlərdə Rusiyanın 3 şəhərində konsert proqramı ilə
çıxış edib. Xanım müğənni Rusiyanın Ekaterinburq, Çelyabinsk və digər
şəhərlərində geniş konsert proqramı ilə çıxış edib. Xanım müğənni konsert
proqramında rerpertuarında olan mahnılarla yanaşı, rus estradasına da müraciət
edib. Bu da yerli əhalinin böyük marağına səbəb olub.
Müğənni yay
aylarında da konsert proqramı ilə çıxış etmək üçün dəvətlər alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB