Azərbaycanın tanınmış reperi Miri Yusif yeni klip çəkdirir. SİA-ya açıqlama verən reperin sözlərinə görə, o, yeni işini mərhum Anar Məmmədxanova həsr edib.
"Heçkiməm" adlı trekə klip çəkdirmək arzusunda olan Miri videoda çəkilmək üçün gənc simaların kastinqini elan edib.
Yeni klipinin mahnısı bu günədək heç yerə səslənməyib. Mahnının müəllifi MS Muradır.
"Ultra Production" tərəfindən çəkilən klipinin rejissoru tanınmış aparıcı Tural Əsədovdur.
Onu da qeyd edək ki, bu klip Turalın rejissor kimi ilk işi deyil. Bunda öncə o, məşhur müğənni Röya üçün "Aldatma" adlı mahnıya klip çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB