Uillisin ailəsi aktyorun mirası üstündə dava etməyə hazırlaşır..?

Təfərrüatlar...

...Hollivud əfsanəsi Brüs Uillisin ailəsi münaqişə ərəfəsindədir. Səbəb, təbii ki, aktyorun xalis sərvəti - təxminən 250 milyon dollarla bağlıdır..?

... SİA xatırladır ki, “Məğlubedilməz” filmində Con Makklayn obrazını canlandıran 70 yaşlı aktyor 2023-cü ildən ciddi frontotemporal demensiya diaqnozu ilə mübarizə aparır. O, hazırda ayrı evdə 24 saat nəzarət altında yaşayır və ikinci həyat yoldaşı, 47 yaşlı Emma Heminq onun həyatında mərkəzi rol oynayır.

...Ona təkcə ulduzun sağlamlığının qayğısı yox, həm də sərvətinin idarə edilməsi həvalə olunub.

...Emma çox böyük təzyiq altındadır. O, Brüsun qayğısına cavabdehdir və onun pulunu idarə edir. Bu, Uillisin Demi Murla evliliyindən olan böyük qızları arasında gərginliyə səbəb olub, - insayder bildirib.

Xatırladaq ki, aktyor keçmiş həyat yoldaşı Demi Murla 13 il evli olub.

Onların üç yetkin qızları var: Rumer (37), Skaut (34) və Tallulah (31).

2000-ci ildə boşanmalarına baxmayaraq, Mur və Uillis olduqca yaxın münasibətdə idilər və hətta Emma və uşaqları ilə birlikdə pandemiyadan xilas oldular.

Lakin maliyyə qərarlarına gəlincə, ailə daxilində fikir ayrılıqları yaranıb.

Mətbuatda yayılan xəbərlərə görə, aktyorun aylıq baxım xərcləri on minlərlə dollar təşkil edir və pulu hara xərcləyəcəyinə məhz Emma qərar verir.

Lakin onun yaxınları bunun israfçılıqdan getmədiyini vurğulayırlar.

...Emma pulla çox diqqətli davranır. O, Brüsün qayğısının nə qədər baha olduğunu başa düşür və yalnız lazım olanı xərcləyir. Amma belə bir mirasla nəzarət məsələsi həmişə açıq qalır, - mənbə qeyd edir.

Uillisin karyerası onu Hollivudun ən zəngin aktyorlarından birinə çevirib.

"Ay işığı" serialındakı uğurundan sonra "Məğlubediməz"də şöhrət qazandı və yüzdən çox filmdə rol aldı.

Onun çiçəklənmə dövründə qazancı 100 milyon dolları keçib. Belə ki, son filmi olan "Qatil" (2021) döyüş filmi təqaüdə çıxmazdan bir müddət əvvəl ekranlara çıxdı.

Artan gərginliyə baxmayaraq, ailə ən vacib məsələdə birləşir: aktyorun sağlamlığı və rifahı. "Emmanın əsas prioriteti onun rifahıdır. Brüsə bu sərvəti ailəsi üçün yaradıb və o, həm qızlarına, həm də Demiyə qulluq etməyi öz vəzifəsi hesab edir", - mənbə vurğulayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə