İkiqat “Oskar” mükafatı laureatı Maykl Duqlas etiraf edib ki, daha heç bir filmdə rol almaq fikrində deyil. Karlovı Varı Film Festivalında 80 yaşlı aktyor 2022-ci ildən - öz xahişi ilə - işləmədiyini və özünü əla hiss etdiyini bildirib. Britaniyanın SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İndependent” nəşri yazır.
...Mən başa düşdüm ki, dayanmalıyam. 60 ilə yaxındır işləyirəm və çəkiliş meydançasında ölən insanlardan biri olmaq istəmirəm.
Bunu Duqlas deyib.
Aktyorun son rolu “Franklin” serialında Benjamin Franklin olub. Duqlas fasilədən "həqiqətən həzz aldığını" və həqiqətən xüsusi bir şey ortaya çıxmasa, çəkilişlərə qayıtmaq "planının olmadığını" söyləyib.
Bununla belə, o, tamamilə təqaüdə çıxmağa tələsmir.
…Xüsusi bir şey olarsa, bu barədə düşünəcəm. Amma hələlik mən sadəcə həyat yoldaşımın işini izləməyi xoşlayıram.
Qeyd edək ki, o, 2000-ci ildən evli olduğu aktrisa Ketrin Zeta-Consu nəzərdə tutur.
. Duqlas 1980-ci illərdə “Uoll Strit”, “Ölümcül cazibə” və “Əsas instinkt” kimi filmlərlə ulduzluğa yüksəlib.
Son illərdə o, Marvel Sinematik kainatında rol alıb.
O, həm də prodüserlikdə fəal olub və “Further Films” şirkəti vasitəsilə kamera arxasında işləməyə davam edəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə