Böyük Britaniyada polis 2023-cü ildə London gecə klubuna hücumla bağlı amerikalı müğənni və aktyor Kris Braunu həbs edib. SİA xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. "Braun 2023-cü ilin fevralında Londonun mərkəzindəki Mayfair şəhərindəki məşhur "Tape" gecə klubunda musiqi prodüseri Abe Diava ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinərək həbs edilib ", - nəşr yazır. Diav bildirib ki, Braun onun başına şüşə ilə zərbə endirib, sonra yerdə ikən onu yumruq və təpiklə vurub. Nəşr qeyd edib ki, zərərçəkmiş müğənniyə qarşı 16 milyon dollarlıq mülki iddia qaldırıb. Ulduz beşulduzlu "Louri" otelində saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə