Uzun zamandır ekranlardan uzaq qalan türkiyəli aktrisa Damla Sönmez İngiltərəyə köçüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, o Londonda prodüserliklə məşğul olduğunu, hətta şirkət açdığını bildirib.
Aktrisa həm İstanbulda, həm də İngiltərədə yaşadığını deyib: "Eyni anda həm İstanbulda, həm də İngiltərədə işlərim var. Hər iki şəhərdə də yaşayıram, prodüserliklə məşqulam. Bir çox layihələrə prodüserlik edən şirkət qurmuşam və kifayət qədər işlər görmüşük. Həm də orada təhsilimi davam etdirirəm. Ekranlara dönəcəyim zamanı heç bilmirəm. İndiki seriallar 3-5 bölüm sonra reytinq qurbanı olur və bitir. Qayıtsam bu yəqin ki, onlayn televiziyalardakı layihələrdən biri olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə