1-2 noyabr tarixlərində Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Sammiti keçirilir. Əlcəzair Xalq Demokratik Respublikası 4-cü dəfə ərəb dövlətlərinin zirvə toplantısına ev sahibliyi edir.1945-ci ildə təsis edilən Ərəb Dövlətləri Liqasının 22 üzvü var. Təşkilatın mənzil-qərargahı Misirdə (Qahirə) yerləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının (QH) sədri statusunda fəxri qonaq qismində sammitə dəvət olunub. Zirvə toplantısına BMT və İslam Əməkdaşlıq Təşkilatı baş katiblərinin də fəxri qonaq qismində dəvət edilməsi Azərbaycan liderinin QH sədri kimi beynəlxalq, o cümlədən İslam dünyasında yüksək nüfuzunu sübut edir. Əlcəzair ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Əlcəzair əhəmiyyətli təbii qaz (dünyada 4-cü) və neft (dünyada 9-cu) ixracatçısıdır.Əlcəzair üç əsrə yaxın Osmanlı imperatorluğunun nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab səkkiz il sonra müstəqilliyin əldə edilməsi ilə nəticələnib. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edilib. Əlcəzairdə Ərəb Dövlətləri Liqası Sammitinin milli azadlıq hərəkatının ildönümündə – ölkənin milli bayramında başlaması təsadüfi deyil. Bu il həmçinin Əlcəzairin dövlət müstəqilliyinin 60-cı ildönümüdür. Əlcəzairdə Ərəb Dövlətləri Liqası Sammitinin milli azadlıq hərəkatının ildönümündə – ölkənin milli bayramında başlaması təsadüfi deyil. Bu il həmçinin Əlcəzairin dövlət müstəqilliyinin 60-cı ildönümüdür. Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında diplomatik əlaqələr 1994-cü il aprelin 22-də qurulub. 2016-cı ildə bu ölkədə Azərbaycanın səfirliyi, 2019-cu ildə isə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib. İki ölkə arasında müxtəlif sahələrə dair 5 sənəd imzalanıb, 7 sənədə baxılmaqdadır. Azərbaycan Prezidentinin Əlcəzairin ev sahibliyi etdiyi beynəlxalq sammitə fəxri qonaq kimi dəvət olunması iki ölkə arasında münasibətlərdə yeni mərhələdən xəbər verir.Azərbaycan lideri sammitdə çıxışında bildirib ki, burada Qoşulmama Hərəkatının sədri kimi iştirak edir, lakin eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var: “Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk”. Azərbaycan hər zaman İslam həmrəyliyinə öz töhfəsini verib. Eyni zamanda, Qoşulmama Hərəkatının sədri olaraq çox əhəmiyyətli təşəbbüslərə imza atıb, xüsusilə COVİD dövründə çox fəal iş aparıb. Bütün bunların nəticəsi olaraq hərəkatda sədrliyi yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılıb. Azərbaycan lideri sammitdə çıxışında bildirib ki, burada Qoşulmama Hərəkatının sədri kimi iştirak edir, lakin eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var: "Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk".Cənab prezident İlham Əliyevin Əlcəzair səfərindən gələ biləcəyimiz nəticə budur ki, Azərbaycan Türkiyənin ərəb dünyasında artan roluna dəstək göstərəcək və İsrailin də nüfuzundan bəhrələnəcək. Fransanın qlobal səhnədən kənara itələnməsi fonunda Parisin Afrikadakı çəkisinin azaldılması prosesində Azərbaycanla Türkiyə də pay sahibi olmaq istəyirlər, lakin bu, elə də asan reallaşa bilən məsələ deyil. İlham Əliyev İranın Yaxın Şərqdəki pozuculuq fəaliyyətlərinin ərəb dünyasına mənfi təsirlərini analiz edir, mümkündür ki, gələcəkdə Azərbaycan İranla dərin problemlər yaşayan ərəb ölkələri ilə birgə addımlarını məlumat mübadilələri ilə birləşdirəcək.
Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç. 73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB