“Özbəkistanla Azərbaycan arasında əlaqələr inkişafına töhfə verən müqavilələr imzalanıb“ - POLİTOLOQ ŞƏRH ETDİ
“Dövlət başçısı İlham Əliyevin Özbəkistana səfəri edərək Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak edəcək. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib
Onun sözlərinə görə, Özbəkistanla Azərbaycan dövləti arasında əlaqələr inkişafına töhfə verən bir çox müqavilələr imzalanıb, danışıqlar aparılıb: “İki dövlət arasında siyasi və iqtisadi əlaqələr yeni müstəviyə daxil oldu. Səfər çərçivəsində türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi, əməkdaşlığın inkişafı istiqamətində danışıqlar aparılacaq. Bu səfər ərzində müəyyən razılaşmaların olacağı istisna edilmir. Çünki Azərbaycan 2-ci Qarabağ müharibəsindən regionda yeni geosiyasi reallıq yaratdı. Məhz bu geosiyasi reallıq çərçivəsində Özbəkistan da Azərbaycanın yaratdığı bu nizama dəstək verir. Demək olar ki, iki dövlət arasında heç bir problem yoxdur. Türk dövlətləri birliyinin formalaşmasında Özbəkistan öz töhfəsini verir. Terk dövləti birliyi Azərbaycan və Türkiyə dövlətlərinin birgə addımı ilə inkişaf edir və yeni mərhələyə qədəm qoyub. Bu prosesdə Azərbaycan və Özbəkistan arasında sıx əməkdaşlıq formatının yaradılması da bu inkişafa töhfə verəcək. Xüsusilə həm mədəni sahədə, həm humanitar sahədə, həm təhsil, həm də iqtisadi və siyasi sahədə əlaqələr yüksək səviyyədə inkif edir. İki dövlət arasında həmçinin hərbi-texniki sahədə də əlaqələr yüksələn xəttlə inkişaf edir. Bu onu göstərir ki, Özbəkistan dövləti ilə Azərbaycan dövləti hər bir sahədə əməkdaşkıöı davam etdirir.
Özbəkistan dövləti Mərkəzi Asiyada öz təhlükəsizliyini təmin etmək üçün, öz mövqeyini gücləndirmək üçün Türkiyə və Azərbaycan dövlətləri ilə əməkdaşlığı öz strateji siyasətinin bir hissəsi kimi həyata keçirir. Ümumiyyətlə bu kontekstdə Azərbaycan Prezidentinin Özbəkistana ikinci səfəri iki öljə arasında olan münasibətlərə mühüm töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB