İranın milli valyutası ucuzlaşıb

İranın milli valyutası ucuzlaşıb

İranın milli valyutası olan tümən dollara nisbətdə son 50 gündə 16 faiz ucuzlaşıb. SİA xəbər verir ki, ölkədə keçirilən etiraz aksiyalarından əvvəl bir dollar İranda 31 750 tümənə satılıb. İndi isə bu, 510 tümən bahalaşaraq 36 750 tümənə mübadilə olunur.

Həmçinin qeyd edilib ki, ölkədə bütün gündəlik tələbat mallarına və ərzaqlara, o cümlədən un, toyuq əti, yumurta, kərə və duru yağa tətbiq edilən güzəştlər ləğv edilib.

Xatırladaq ki, İbrahim Rəisi İranda prezident seçildikdən kütləvi etirazlar başlayana qədər tümən dollara nisbətdə 27 faiz ucuzlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə