"Prezidentin çıxışı Azərbaycanın siyasi nüfuzunu artıracaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Prezidentin çıxışı Azərbaycanın siyasi nüfuzunu artıracaq" - POLİTOLOQ ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının toplantısına Qoşulmama Hərəkatının sədri kimi dəvət olunması böyük əhəmiyyət daşıyır. Prezident bu toplantıdakı çıxışı zamanı çox ciddi mesajlar verdi. Ermənistanın 30 il ərzində işğalı, regionda dəyişən geosiyasi proseslər fonunda belə bir mötəbər tədbirdə, Ərəb ölkələrinin konfrasında çıxışı bir daha Azərbaycanın mövqeyini ortaya qoydu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, post-münaqişə dövründə Azərbaycanın həyata keçirdiyi siyasət, xüsusilə Ərəb Dövlətləri Liqasının məhz 30 il ərzində Azərbaycana verdiyi dəstək xüsusi önəm daşıyır: “Bundan sonra da Azərbaycan ilə Ərəb ölkələri arasında siyasi, iqtisadi, mədəni və humanitar sahədə əməkdaşlığın genişlənməsi istiqamətində işlərin görülməsi ilə bağlı cənab Prezident ciddi mesajlar verdi. Ümumiyyətlə belə bir mötəbər tədbirdə Azərbaycanın iştirakı və böyük bir təşkilatın sədri olaraq cənab Prezidentin çıxışı Azərbaycanın beynəlxalq müstəvidə siyasi nüfuzunu artıracaq. Azərbaycan dünyada öz mövqeyini qoruyub saxlayacaq. Xüsusilə Ermənistanla Azərbaycan arasında yaşanan probelemlər fonunda Azərbaycana siyasi dəstəyin verilməsi ilə də nəticələnəcək.

Ərəb Dövlətləri Liqası Ərəb ölkələrinin birliyidir və onların siyasi dəstəyini almaq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə