Türkiyə və Azərbaycan arasında “Ailə, Qadın və Uşaq Siyasətləri” sahəsində əməkdaşlıq
Azərbaycan və Türkiyə arasında “Ailə, qadın və uşaq siyasəti” sahəsində əməkdaşlıq protokolunu ailə və sosial xidmətlər naziri Dərya Yanık və Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıblar. SİA-nın verdiyi məlumata görə, Taksimdə bir oteldə keçirilən imzalanma mərasimindən əvvəl çıxış edən Dərya Yanık, iki ölkənin dost və müttəfiq ölkə olmaqdan kənarda “Bir millət, iki dövlət” şüarını səmimiyyətlə yaşadıqlarını qeyd edib. İki ölkənin bir-birinə ən yaxın dövrünü yaşadığını bildirən nazir Yanık, "Keçən il imzalanan Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında münasibətlərdə yeni dövr açdı. Biz bütün sahələrdə tam müttəfiqlik münasibətlərinin inkişafı üçün səylərimizi gücləndiririk. İki nazirlik də qarşılıqlı bir biriləri ilə ailə, cəmiyyət, uşaq və qadın kimi "Sosial xidmətlər sahəsində qarşılıqlı təcrübənin ötürülməsini həyata keçirmək üçün işlərimizə başladıq. Görüşümüz zamanı son nöqtəni qoyduğumuz müqaviləmizi imzalayırıq. İnşallah ki, yaxın zamanda da Azərbaycana səfər edəcəyik”. deyib.
Daha sonra isə, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iki ölkənin hər zaman bir-birinin yanında olması lazım olduğunu vurğulayaraq, bunu hər zaman Türkiyə tərəfdən gördüklərini bildirib.
Çıxışlardan sonra Yanık və Muradova iki ölkə arasında hazırlanan əməkdaşlıq protokolunu imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB