Azərbaycana təsir və təzyiq cəhdləri əbəsdir - POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycana təsir və təzyiq cəhdləri əbəsdir - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri bölgədə sülh və təhlükəsizliyə olan ən böyük təhdidlərdən biridir. Çünki Nikol Paşinyan, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanla sülh müqaviləsinin imzalanmasından boyun qaçırmaq məqsədilə aparılan danışıqlarda qeyri-konstruktivlik göstərərək, danışıqlar masasında nəyəsə nail olmaq məqsədilə bir çox xarici dairələrə güvənmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, onlardan imdad, kömək dilənmək istəyirlər: “Bundan əvvəl Paşinyanın istər Avropa dairələri səviyyəsində, istər Rusiyadan öz istəyinə nail olmaq üçün danışıq prosesində hansısa dividentlər əldə etmək üçün Azərbaycana təsir vasitəsi kimi hansısa xahişlər etməyə çalışır. Bu prosesdə həmin qüvvələrin, xarici dairələrin dəstəyini almağa çalışırdı. Amma bütün bunlar nəticə vermədi. Bu gün Ermənistanın hərbi-siyasi rəhbərliyi son ümid yeri kimi İrana güvənir. İranın molla rejimi Nikol Paşinyanı xüsusi can-fəşanlıqla qarşılayır və həmişə olduğu kimi Ermənistana öz dəstəyini göstərir. Bilirik ki, 30 ilə yaxın işğal dövründə Ermənistan elə İranın köməkliyi ilə Azərbaycanın tarixi torpaqlarını yerlə-yeksan edib, viran qoyub. Bu ərazilərdə böyük dağıdıcılıq işləri həyata keçirilib. Bütün bunlarda İran Ermənistana dəstək olub. Bundan əvvəlki dövrlərdə də İranın rəhbərliyi və Ermənistanın əvvəlki rəhbərlikləri, qaniçən başçılarına İran tərəfindən dəstək verilib. Bu gün də bu siyasət davam etdirilir. İran tarixən, xüsusilə də müstəqillik illərində Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdüb. Bu gün bu siyasət yenə də davam etdirilir. Amma tam əminliklə demək olar ki, Ermənistanın, İranın və digər xarici qüvvələrin Azərbaycana təsir və təzyiq cəhdləri əbəsdir. Bunlar heç bir nəticə verməyəcək. Çünki Azərbaycan həm hərbi, həm də siyasi baxımından çox qüdrətli bir ölkədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə