"Təkliflərin icrası Soçi görüşündə müzakirə olunacaq” - DEPUTAT ŞƏRH ETDİ

"Təkliflərin icrası Soçi görüşündə müzakirə olunacaq” - DEPUTAT ŞƏRH ETDİ

"Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti Rusiyanın prezidenti Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib və burada üçtərəfli görüşün keçirilməsi gözlənilir. Onu qeyd edim ki, bu görüşlərin sayı az deyil". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, Soçidə, Brüsseldə ölkə rəhbərləri səviyyəsində görüşlər keçirilib: "Azərbaycan sülhlə bağlı olan danışıqlara sadiqlik nümayiş etdirib və alqışlayıb. Ölkə başçısı bu görüşlərin hər birində iştirak edib. Həmin görüşlərdən, həmin danışıqlardan cəbhədə olduğu kimi qələbə ilə qayıdıb. Belə ki, Azərbaycanın irəli sürdüyü təkliflərdə Azərbaycanın razı olmadığı məqamlar öz əksini tapmayıb. Azərbaycanın irəli sürdüyü təkliflər nəzərə alınıb. Son görüşlərdə Azərbaycanın təklif etdiyi 5 bəndlik prinsiplər Ermənistanın baş naziri tərəfindən qəbul olunub. Amma Ermənistanın baş naziri siyasi naşı olduğu üçün, qeyri-rasional siyasət yeritdiyi üçün görüşlərdə bir hərəkət edir, hərəkətə gəldikdə isə başqa cür hərəkət edir. Bu keçiriləcək Soçi görüşünə Azərbacan Prezidenti əlidolu gedir. Azərbaycan tərəfi qalib ölkənin sərkərdəsi kimi qürurla çıxış edəcək.
Düşünürəm ki, ölkə başçısı 10 bəyannaməsinin müddəalarının icra olunmasını tələb edəcək. Erməni silahlı qüvvələrinin Qarabağdan, Xankəndidən və onun ətrafından yığışdırılmalı olduğunu bildiriləcək. Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin hələ də Ermənistan tərəfindən yubadılmasını qeyd edəcək. 10 noyabr üçtərəfli bəyannamədə Rusiya Ermənistana zamin durmuşdu. Azərbaycan hər zaman sülhə sadiqdir. Qeyd edilən məsələlərin hamısı öz əksini tapmalıdır. Bunlar Azərbaycanın təklif və tələbləridir. Bu bəyannamələr həm Putin tərəfindən, həm də Paşinyan tərəfindən qəbul olunub, amma hələ də yubadılıb. Düşünürəm ki, bu təkliflərin icrası Soçi görüşündə müzakirə olunacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə