Göyçayda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə iştirakçılar əvvəlcə Göyçay rayon Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirə kompleksi önünə və məzarları üzərinə gül dəstələri düzüblər. Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunduqdan sonra tədbir mərkəzdə davam edib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra partiyanın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavid Osmanov, YAP Göyçay rayon təşkilatının ilk sədri Nazim İsmayılov, eləcə də partiyanın digər üzv və fəalları Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan bəhs edən “30 il xalqın xidmətində” mövzusunda geniş məruzə ilə çıxış ediblər.
Sonda bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB