Rusiya iqtisadiyyatını məhv etmək üçün tətbiq etdiyi sanksiyalar əks effekt verir
New-York Post-un köşə yazarı Filip Pilkinqton bildirib ki, ABŞ və Aİ-nin Rusiya iqtisadiyyatını məhv etmək üçün tətbiq etdiyi sanksiyalar əks effekt verir, Qərbi zəiflədir və Rusiya valyutasını gücləndirir. SİA xəbər verir ki, Rusiyanın əsas ixracatının neft və qaz olduğunu vurğulayan müəllif, əvvəlki ilə nisbətən daha çox gəlir əldə etdiyini də deyib.
Plinkinqton ABŞ prezidenti Co Baydenin rublu çökdürəcəyinə söz verdiyinə, lakin Rusiya valyutasının dollar qarşısında təxminən 23 faiz bahalaşdığına diqqət çəkib.
Moskvanın neft və qazla bağlı Çin və Hindistanla razılaşdığı üçün Qərbin Rusiyanın enerji resurslarını almamaq taktikasının da uğursuz olduğunu bildirən müəllif amerikalılar və avropalıların enerji böhranından əziyyət çəkdiyi halda, bu ölkələrin Rusiyanın enerji resurslarını satın almalarını üçün endirimlə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB