25 oktyabr 2020-ci il – Qubadlının işğaldan azad edilməsi tarixi ŞƏRH

25 oktyabr 2020-ci il – Qubadlının işğaldan azad edilməsi tarixi ŞƏRH

Ərazisi 802 kvadratkilometr olan Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuşdur. Bir ildən sonra 1931-ci ildə Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilir və 1933-cü ildə yenidən ayrılaraq müstəqil rayon olur. Bu zaman Qubadlı rayonunun tərkibinə 18 Kənd Şurasına daxil edilir. Qubadlı rayonunda mişar daşı, mərmərləşmiş əhəng daşı, yəşəm yatağı, tuf daş qum-gil və əqiq yatağları var. Mişar daşdan tikinti və abadlıq işlərində geniş istifadə edilir. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilir və 1964-cü ildən müstəqil rayon kimi fəaliyyətə başlayır.12 tarixi-dini abidələr (Mağara məbədi, Yusifbəyli kəndidə yerləşən Məscid, Mirəli kəndidnə yerləşən Məscid, Yuxarı Cibikli kəndidə Alban kilsələri və abidələri və s.), 21 Ziyarətgahlar (Cilfir kəndidnə İmamzadə, Armudlu kəndində Armudlu piri, Novlu kəndində İmamzadə və s.), 18 Tarixi memarlıq abidələr (Əliquluuşağı kəndində Laləzar körpüsü, Qalaça, Qədim Haramı qəbiristanı və Qız qalası, Dondarlı kəndində Hacı Bədəl körpüsü, Mahmudlu kəndində Qara-Qaya sığınacağı və Körpü və s.) bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir.

1905-1906, 1918-1920-ci, 1990-ci illərdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qaır. Qubadlı rayonu 1993-cü ildə Erməmistan ordusu tərəfindən işğal edilir, 31 mindən çox əhalisi öz orpaqlarından didərgin düşür, şəxsi və ictimai mülküyyət erməni işğalçıları tərəfindən talan və məhv edilir.27 sentyabr 2020-ci ildə “Öldü var döndü yoxdur” verilən and 44 günlük müharibə zamanı torpaqlarımızda axıdılan şəhid qanlarını, günahsız körpələrin qanı yerdə qoymadı. Rəşadətli ordumuz addım-addım irəliyərək torpaqlarımız işğaldan azad edirdi. Tarixə qara hərflərlə yazılan 31 avqust 1993-cu il tarixini şəhidlərimiz, qəhraman zabit və əsgərlərimiz sildi və Vətən müharibəsinin 29-cu günündə 25 oktyabr 2020-ci il tarixi qızıl hərflərlə yazı. Ali Baş Komandan və onun əmrini canla-başla yerinə yetirən zabit və əsgərlərimiz, canlarından keçən şəhidlərimizin, cəsur qazilərimizin rəşadəti sayəsində üzü­müz güldü, qamətimiz dikəldi.Ali Baş Komandan İlham Əliyev ötən il dekabrın 23-də Qubadlıdakı çıxışında dedi: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Başlanğıcda Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edən ordumuz 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olmuş 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi döyüş meydanında azad edildi.44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğaldan azad olan ərazilərə yeni nəfəs gəlir, canlanır. Bu gün bu ərazilərdə bərpa işləri aparılmağı davam edir, infrastruktur bərpa olunur, strateji obeyktlərin tikintisi aparılır.

Allah şəhidlərimizə rəhmət eləsin!

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Şəhla Xəlilova

YAP Yasamal rayon təşkilatının AMEA Fizika İnstitutunun

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə