Türkiyə-Azərbaycan dostluğu əbədidir

Türkiyə-Azərbaycan dostluğu əbədidir

Azərbaycan dövlətinin tarixində müstəsna rolu olan, dünya miqyasında tanınmış siyasi xadim Heydər Əliyev Azərbaycan və Türkiyə xalqları haqqında demişdir : “Biz bir millət, iki dövlətik”.

Çox gözəl ifadə olunmuş bu kəlamda Azərbaycan və Türkiyə xalqlarının çoxəsrlik tarixi öz əksini tapmışdır. Doğrudan da, eyni kökdən olan xalqlarımız öz dövlətlərini qursalar da, daim qardaş olaraq qalmışlar.
Bu dostluğu, bu qardaşlığı xalqımız uzun illər düşmən tapdağı altında qalan Azərbaycanın dilbər guşəsi olan Qarabağ torpaqlarını düşməndən azad edərkən bir daha hiss etdi.

İkinci Qarabağ savaşının ilk saatlarından Tükiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. O bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi.

İşğal dövründə ermənilər Dağlıq Qarabağ ərazisindəki bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər. Yerində yalnız dağılmış binalar qalıb. Bu dağıntılar savaş zamanı deyil, məhz işğal dövründə törədilmişdir. Onların əsas məqsədləri ondan ibarət idi ki, azərbaycan xalqı hec vaxt bu torpaqlara qayıtması, onların qayıtmağa yerləri olmasın.

Bu gün işğaldan azad olunmuş Qarabaq torpaqlarında genişmiqyaslı bərpa - quruculuq işləri aparılır.

Azərbaycan Prezidenti İlham Əliyev okytabrn 20-də Cəbrayıl şəhərində belə bir bəyanatla çıxış edərək demişdir: “Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisəsdir. Azərbaycan ordusu iki il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Tükiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi bir məna daşıyır”.

Bu gün inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır.

Onlar qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, ha belə 33 tunelin inşası nəzərdə tutulub. Tunellərin ümumi uzunluğu 50km-dən çoxdur,84 körpü tikiləcək,onların bir qismi artıq inşa edilmişdir. Qarabağı və Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək.

Bu gun Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli bir ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir.

İkinci Qarabağ savaşı,savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu,ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir.

Görkəmli Azərbaycan şairi B.Vahabzadənin öz şeirində ifadə etdiyi kimi:

Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu-
Azərbaycan-Türkiyə.

Ayna Aydınova
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə