Azərbaycan və Türkiyə prezidentləri daha bir açılışda iştirak ediblər - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. SİA xəbər verir ki, dövlət başçılarına kompleks barədə məlumat verilib.
Sonra konsert proqramı təqdim olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış ediblər.
Sonra dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsiblər.
Xəbər yenilənəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB