Oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin dinamikasının artmasına böyük önəm verir. Dövlətimizin başçısı Qırğızıstana səfərinin gündəliyi kifayət qədər zəngin olub. Keçirilən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər. Azərbaycan və Qırğızıstan prezidentləri iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin artırılmasının zəruriliyini gündəmə gətiriblər. Vurğulanıb ki, bunun üçün böyük potensial var. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması ilə bağlı qərarın qəbul olunması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata verdiyi Bəyanatında bildirdiyi kimi, bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.İki ölkə arasında daha öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə artıq praktikada özünün müsbət nəticələrini göstərməkdədir. Bəyannamədə qeyd olunan niyyətlər bu gün real siyasi-iqtisadi həyata transformasiya olunub. Bu mənada mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil və yüksək texnologiyalar sahələri istiqamətini əhatə edən məsələlər prioritet kimi qəbul edilib. Sözsüz ki, ölkələrimiz arasında effektiv əməkdaşlığın konkret nümunələri də mövcuddur. Bu sırada Azərbaycanın iki peykinin – “Azersky” və “Azerspace-1”in qırğız tərəfdaşlarımıza xidmət göstərdiyini xüsusilə qeyd edə bilərik. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.
2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib.Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun Cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilib.
Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərimizdə ilk limandır və bunun əhəmiyyəti olduqca böyükdür. Bu hava limanı işğaldan azad olunmuş ərazilərimizlə əlaqələrin intensiv və rahat qurulmasında mühüm rol oynayır.Dövlət başçısı təməlqoyma mərasimində çıxışında qeyd etmişdi ki, bu layihə azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmlidir. Aeroportun digər məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etmək idi. Ölkə rəhbərinin də dediyi kimi, Füzuli Beynəlxalq Hava Limanı qısa bir zamanda, hətta deyiləndən daha tez – 8 ay ərzində tikildi.Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırıb.
Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç. 73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB