"Azərbaycanın haqq və ədalət işini müdaifə etmək təqdirəlayiq addımdır" - FƏZAİL AĞAMALI

"Azərbaycanın haqq və ədalət işini müdaifə etmək təqdirəlayiq addımdır" - FƏZAİL AĞAMALI

"Təklif edilmiş olan Konstitusiya qanunu Ombudsmanın bundan sonrakı fəaliyyətinin təkmilləşməsinə xidmət edəcək. Mən buna əminəm". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı (birinci oxunuş) deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Ombudsmanın fəaliyyətində beynəlxalq müstəvidə Azərbaycanın haqq və ədalət işini müdaifə etmək təqdirəlayiq addımdır: "Bütün bunlarla yanaşı, beynəlxalq sferada da Ombudsmanın fəallığı xüsusi qeyd olunmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə