Vladimir Putin İlham Əliyevlə Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib
Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən MDB Dövlət başçıları şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya dəvət edib.
SİA bu barədə TASS agentliyinə istinadən məlumat verir.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli formatda dəfələrlə görüşüb.
"Mən məmnuniyyətlə Azərbaycan Prezidentini və Ermənistan baş nazirini dəvət edirəm. Görüşün vaxtını dəqiqləşdirmək lazımdır. Rusiyada istənilən vaxtda və istənilən yerdə, Soçi, Peterburq və ya Moskvada görüşmək olar", - deyə V.Putin bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB