MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Daşkənddə keçiriləcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2023-cü il aprelin 14-də Daşkənddə keçiriləcək.
SİA Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən iclasında qəbul edilib.
Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.
Tədbirin yekunlarına əsasən, nazirlər 2023-cü il üçün MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planını, eləcə də növbəti 2 il üçün Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planını təsdiq ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB