"Jurnalist vəsiqəsi haqqında rəsmi qaydaların qüvvəyə minməsi medianın sistemləşdirilməsi yönümündə mühüm bir addımdır. Bunu Azərbaycanda media sektorunda başlanmış və dərinləşməkdə olan islahatların təzahürü kimi də dəyərləndirmək olar. Həm də bu mütərəqqi bir islahatdır. Mediada bir sistemin formalaşması və şəffaflığın təmin olunması yönümündə təsirli bir alətdir. Bu sözləri SİA-ya açıqlamasında "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, jurnalist vəsiqəsi şərəf göstəricisidir: "Hətta MEDİA-nın vəsiqələrinə qədər bütün jurnalistlər mənsub olduqları media orqanının jurnalist vəsiqəsini böyük hörmət və şərəflə daşıyıblar. Yeni "Media haqqında" qanun qəbul olunduqdan sonra da ayrı-ayrı redaksiya və media orqanlarının öz əməkdaşlarına özünün məsləhət bildiyi formada vəsiqənin verilməsi hüququna heç bir maneəçilik törətmədən dövlət orqanı MEDİA -nın vəsiqələrinə rəsmi status verildi.
Aydın Quliyev sözlərinə belə davam edib: "Bu gün media orqanları öz əməkdaşlarına vəsiqə verməkdə müstəqil olduqları kimi, istəyən jurnalist müvafiq reyestrdə qeydiyyatdan keçməklə MEDİA agentliyinin vəsiqəsinə sahib ola, yaxud onu daşımaq hüququ əldə edə bilər.
Qanunda da çox aydın şəkildə göstərilir ki, MEDİA agentliyinin jurnalist vəsiqəsini daşımayan şəxsə jurnalistika fəaliyyəti heç də qadağan olunmur. Bu vəsiqəni daşımadan da şəxslər jurnalist kimi fəaliyyət göstərə bilər. Qanunda açıq şəkildə qeyd olunub ki, MEDİA agentliyinin vəsiqəsini daşımaq kiminsə jurnalist olub-olmadığını sübut etmək məqsədi daşımır. Bu, sadəcə olaraq, həmin şəxsin media reyestrində göstəricilərinin həqiqətən qeydə alındığını göstərən bir sənəddir. Jurnalist vəsiqəsi həm özünün tərtibatına, həm də səlahiyyətlərinə görə beynəlxalq standartlara uyğundur. Onun müddətinin 3 il müəyyənləşdirilməsi də optimal bir müddətdir.
Mən, Azərbaycan jurnalistlərini Müstəqil Azərbaycan dövlətinin tarixində dövlət adından veriləcək ilk vəsiqələrin daşıyıcısı olacaqları münasibətləri ilə təbrik etmək istəyirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB