Kəlbəcərdə şəhidlər Taleh Muxtarovun və Bəxtiyar Rəhimlinin anım günləri keçirilib

7 oktyabr 2022-ci il tarixində Goronboy rayonun Xanqərvənd kəndində Vətən müharibəsi şəhidi əslən Kəlbəcər rayonundan olan Muxtarov Taleh Həşim oğlunun və Tərtər şəhərində əslən Kəlbəcər rayonundan olan Rəhimli Bəxtiyar Nəsimi oğlunun anım günləri tədbiri keçirilib. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcəy rayon İcra Hakimiyyətinin Vətən muharibəsi istirakcilari və şəhid ailələri ilə isin təskili şobəsinin mudiri Tural Oruczadə, Kəlbəcər rayon Caykənd kəndi üzrə icra nümayəndəsi İsmayıl Verdiyev, Kəlbəcər rayon Zülfüqarlı kənd inzibati ərazi üzrə icra nümayəndəsi Xalıqverdi Nəsibov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Kəlbəcər rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti leytenant Cavid Kazımov, Şəhidlərin ailə üzvləri və ictimaiyyətin mümayəndələri iştirak ediblər. İlk önçə şəhidlərin məzarları ziyarət edlib üzərlərinə gül dəstələri düzülüb. Həbib Misirov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib. Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi müzəffər ordumuz ilə 30 il davam edən Ermənistan işğalına cəmi 44 gündə son qoydu. Bu 44 gün ərzində baş verən hadisələrin xronoloji ardıcıllığına diqqət yetirsək, möhtəşəm Qələbənin əldə edilməsinin arxasında şəhidlərimizin, qazilərimizin və veteranlarımızın misilsiz şücaətlərini görəcəyik. Müharibə iştirakçılarının, sağlamlığını itirmiş qazilərimizin və şəhid ailələrinin sosial problemlərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Tural Oruczadə cıxış edərək bildirdi ki, Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir”.

Şəhidlərin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Qeyd edək ki, Şəhid Muxtarov Taleh Həşim oğlu 01.12.1985-ci ildə Kəlbəcərdə anadan olub.
Taleh Muxtarov Tərtər rayonunun Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib. Oktyabrın 7- də isə ən uca zirvəyə - şəhidliyə yüksəlib.
Şəhidlik zirvəsinə ucalan Taleh Muxtarov "Vətən uğrunda" və Suqovuşanın medalı ilə təltif edilib. İndi onun Səbinə və Aydan adlı qızları bizə yadigar qalıb. Rəhimli Bəxtiyar Nəsimi oğlu 18 mart 2001-ci ildə Tərtər rayonunda anadan olub. Əslən Kəlbəcər rayonundan idi.05 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 07 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qəhrəmanlı kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə