Türkiyə Qərb və Rusiya arasında dialoq təşkil etmək fikrindədir

Türkiyə Qərb və Rusiya arasında dialoq təşkil etmək fikrindədir

Türkiyə Rusiya ilə Qərb arasında Ukrayna üzrə danışıqları təşkil etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.

Bildirilir ki, təklif artıq diplomatik kanallar vasitəsilə Vaşinqtona təqdim edilib.

"Türkiyə Rusiya ilə dörd böyük Qərb ölkəsini - ABŞ, Fransa, Almaniya və İngiltərəni bir masa arxasına oturtmağı planlaşdırır. Plan Qərb paytaxtlarının hamısına olmasa da, özəl kanallar vasitəsilə ABŞ-a ötürülüb", - deyə nəşr qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə