“Bu Ermənistanın bir daha xəyənatkar mahiyyətini ortaya qoyur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Prezident İlham Əliyev hər zaman Azərbaycanın maraqlarının təmin olunması istiqamətində müxtəlif addımlar atır. Praqada da Azərbaycan məqsədlərinə nail oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistan isə hər zaman olduğu kimi xəyanət yolunu seçdi: “Beləliklə də Fransa missiyasını öz ərazisinə dəvət etdi. Faktiki olaraq Rusiyanın başı üzərindən ayrı-ayrı ölkələri sərhədə dəvət etdi.
Bu Rusiya tərəfindən birmənalı qarşılanmayacaq. Bu Ermənistanın bir daha xəyənatkar mahiyyətini ortaya qoyur. Ermənitan ənənələrinə sadiq olaraq xəyanət yolunu davam etdirir”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan isə hər zamanki kimi dürüst və səmimidir. Bu da cənab İlham Əliyevin əsas prioritet istiqamətlərindən biridir. Bu Azərbaycanın hansı siyasəti apardığını açıq şəkildə ortaya qoyur. Ermənistan isə Rusiyaya xəyanət yolunu seçir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB