Azad olan ilk şəhər - Cəbrayıl ŞƏRH

Azad olan ilk şəhər - Cəbrayıl ŞƏRH

04 oktyabr 2020-ci il Vətən müharibəsinin 8-ci günü Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində daha bir qələbə xəbərini verir: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" Bu, Prezidentdən aldığımız ikinci müjdəli xəbər idi. Suqovuşanın azad olunma xəbərindən sonra xalqımız hər gün dövlət başçısından xoş xəbərlər gözləyirdi. Artıq hər kəsdə qələbə ruhu duyulurdu. Cəbrayıl 27 illik işğaldan sonra düşməndən azad edilən ilk şəhər idi. Eyni zamanda, həmin gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri də işğaldan azad edildi. Beləliklə, Cəbrayıl şəhərində də Azərbaycan bayrağı dalğalanırdı. Oktyabrın 4-dən etibarən, demək olar ki, hər gün Cəbrayıl rayonunun kəndlərinin bir-bir işğaldan azad edildiyi xəbərlərini alırdıq. Ümumilikdə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhər və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın erməni silahlı birləşmələrindən təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlətimizin nəzarəti qismən bərpa edilib. Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən, məğlub Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı.

İşğaldan azad olunan ilk ərazilərə - Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı elə həmin gün göstəriş verdi. Bununla da Zəfər yolunun başlanğıcı qoyuldu. bu tarixə qədər hər il avqustun 23-nü Cəbrayılın işğalı günü, indi isə oktyabrın 4-nü Cəbrayılın işğaldan azad olunması günü kimi qeyd edirik: "Çox möhtəşəm hisslərdir, böyük uğurdur. Son 250-300 ildə ilk dəfə itirilmiş torpaqlarımızı azad etdik. Azərbaycan xalqı möhtəşəm qələbəsini təmin edərək yeni mərhələyə daxil oldu. Həmin günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb".

Cəbrayılda bir sıra yeni müəssisələrin - məktəb, xəstəxana, sənaye parkının əsası qoyulub. Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan öz məqsədlərinə doğru irəliləyir". Cəbrayılda da tarixin izini itirmək məqsədilə abidələr dağıdılıb. İşğal dövrünə qədər rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq, mağara, qəbirüstü abidələrlə zəngin olub. Cəbrayıl şəhərində Ağoğlan nekropolu, Sirik kəndində Qala bürcü, Xələfli qəsəbəsində Qız qalası, Dağ Tumas kəndində Divlər sarayı, Tatar kəndində Siklop tikililəri, Şıxlar kəndində şəhərcik qalıqları və qışlaq yerləri, Ağoğlandakı Orxan yazılı abidəsi, Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüsü, Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudyarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr, Şıxlar kəndində dairəvi türbə, XVI və XIX əsrlərə aid məscidlər işğal illərində məhv edilib. Bununla belə nə qədər istəsələr də, tarixi silə bilməyiblər. Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın qədim torpaqlarıdır. "Bu gün qarşımızda ciddi vəzifələr durur. Qələbəni qorumaq onu əldə etmək qədər çətindir. Biz əminik ki, bu uğurlara mütləq nail olacağıq və xalqımız hər zaman bu istiqamətdə səylərini davam etdirəcək. Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləmə əməliyyatları həyata keçirildikcə, Prezidentin tapşırığı ilə həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən işlər sürətlə davam etdirildi. İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur və təməlqoyma mərasimlərində iştirak edir. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Cəbrayıl bizimdir! Qarabağ Azərbaycandır!

Mehman Ramazanov

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə