Şəhid Vüqar Cəfərovun doğum günündə xatirəsi anılıb FOTOLAR

Nizami rayonunda Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olmuş Vüqar İnşallah oğlu Cəfərovun anım günündə əziz xatirəsi yad olunub. Bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami bələdiyyələrinin sədri Vüqar Quliyev, rayonun güc strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri II Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, önünə əklil qoyub, ruhuna dualar oxuyublar.Sonra şəhidin yaşamış olduğu binanın önündə xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirilib.Mərasimdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.Qeyd ediblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.Şəhidin atası İnşallah Cəfərov çıxış edərək onunla bağlı xatirələrini bölüşüb. Həmçinin, şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.Çıxışlardan sonra bulağın açılışı olub, mərasim iştirakçıları abidənin önünə gül dəstələri düzüblər. Mərasimdə şəhidin oxuduğu 70 saylı məktəb-liseyin şagirdlərinin hazırladıqları vətənpərvərlik şeirləri səsləndirilib.Qeyd edək ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Cəfərov 2020-ci il oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Vüqar Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə