Rusiyada anti-Ermənistan əhval-ruhiyyəsində ABŞ faktoru ŞƏRH+AKTUAL
Andrey Koryakovtsev: “Paşinyan hökuməti təxribatçılar hökumətidir”
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artmağa başladıqca, hətta Rusiyanın uzun illər ermənipərəstlikləri ilə seçilən siyasi analitikləri və teleaparıcıları belə eyni silahlı qarşı tərəfə, yəni Ermənistana tərəf yönəltməyə başlayıblar. Artıq sübut olunmağa başlayır ki, Ermənistanı ayaqda saxlayan, bu ölkənin çökməsinə izn verməyən Rusiya gec də olsa ayılıb və əslində, həqiqətin nə yerdə olduğunu öyrənməyə başlayıb. Xüsusilə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvan səfərinin ardınca mövcud vəziyyət daha da genişlənməyə başlayıb. Rusiyanın tanınmış siyasət adamları Paşinyan hökumətini hədəfə almaqla bütövlükdə aşkar erməni xislətinin nə demək olduğunu dərk edirlər.
“Mövcud siyasətdə Ermənistanın qeyri-müstəqil dövlət olduğu görünməyə başlayır”
SİA xəbər verir ki, Rusiyanın tanınmış politoloqu, RF-nın Yeni cəmiyyət institutunun siyasi analitiki Andrey Koryakovtsev mövzu ilə bağlı maraqlı fikirlərini şərh edib. Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya meyillərinin sürətlə artması, habelə ölkənin KTMT-dən çıxması ehtimallarının mövcudluğu bilavasitə Paşinyan hökumətinin siyasətidir. “Paşinyan hökuməti təxribatçı hökumətidir”, deyə bildirən politoloq hesab edir ki, onun təxribatları Rusiyaya və Azərbaycana qarşı yönəlib. SİTAT: “Mövcud siyasətdə Ermənistanın qeyri-müstəqil dövlət olduğu görünməyə başlayır. O, bununla özünün heç də rusiyapərəst loyallığı ilə ittiham edilməsi mümkün olmayan, lakin Rusiya ilə iş birliyində komfortluq hiss edən, müstəqil olan və müstəqil xarici siyasət aparan şərq qonşusundan fərqlənir. Anti-Rusiya düşüncəsi son vaxtlar erməni siyasətinin konstantasıdır və bu da mənim nəzərimcə erməni-azərbaycanlı münaqişəsində KTMT ilə əlaqəli deyil. Rusiya Paşinyan hökumətinin gözündə istənilən vəziyyətdə günahkar elan olunacaq”.
“Demokratiya ideyası artıq çoxdan, sovet vaxtlarından ABŞ üçün öz rəqiblərinə qarşı təxribatçılıq, qıcıq yaratmaq üçün ideoloji alətə çevrilib”
Nensi Pelosinin İrəvan səfərinə qədər özünün tvitter akkauntunda “İrəvan diktatura ilə demokratiya arasında seçim etməlidir” eyhamına və həmin eyham çərçivəsində ABŞ-ın Ermənistandan Rusiyanın təsiri altından çıxması çağırışına münasibətini bildirən Andrey Koryakovtsev qeyd edib ki, məhz bu çağırış həmin faktı təsdiq edir. “Demokratiya ideyası artıq çoxdan, sovet vaxtlarından ABŞ üçün öz rəqiblərinə qarşı təxribatçılıq, qıcıq yaratmaq üçün ideoloji alətə çevrilib”, deyə o bildirib.
Ermənistanın da bu oyuna gedib-getməyəcəyi sualına və gedəcəyi halda hansı nəticələrə gətirib-çıxaracağına da münasibət bildirən siyasətçiyə görə, Ermənistanın yaxın günlərdə KTMT-dən çıxmasına inanmadığını bildirib. “Hər halda KTMT onun xarici hücumlardan qorunması yönündə diplomatik və hərbi müdafiəsini təmin edir”, deyən rusiyalı politoloqa görə bu siyasətin mahiyyəti təxribatdır və həmin təxribat Ermənistanın KTMT-dən çıxmasına təhriki kimi deyil, KTMT-yə təzyiq göstərilməsi üçün edilir.
“Azərbaycan-Ermənistan sərhədlərindəki sonuncu situasiyada da Rusiya diplomatik səviyyədə çıxış etdi”
Pelosinin İrəvan səfərinə Moskvanın reaksiya göstərib-göstərməyəcəyinə gəlincə politoloq bildirib ki, ABŞ Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını keçirərkən Cənubi Qafqazda yarana biləcək növbəti münaqişəyə daxil olmasını çox istəyir. SİTAT: “Moskva bundan maksimum yayınacaq. Azərbaycan-Ermənistan sərhədlərindəki sonuncu situasiyada da Rusiya diplomatik səviyyədə çıxış etdi. Və bunu da Pelosinin səfərinə reaksiya kimi hesab etmək olar. Mövcud vəziyyətdə bu, ən adekvat seçimdir”.
Andrey Koryakovtsev ABŞ-dan fərqli olaraq Fransanın mövqeyinin birmənalı olmasına, Parisin Türkiyənin Azərbaycana dəstəyindən narahatlıq keçirməsinə, Ankaranın regiondakı təsirinin artmasına və gücləndirməsinə münasibətini açıqlamaqla yanaşı, ABŞ-ın Ermənistan-Azərbaycan arasında haradasa müəyyən balans saxlaması cəhdlərinə, ancaq buna baxmayaraq, Azərbaycanın ünvanına ölçüsüz fikirlərin səsləndirməsinə də fikir bildirib. Onun sözlərinə görə, əgər ABŞ Azərbaycana qarşı aşırı və əsassız münasibət nümayiş etdirirsə, amma buna rəğmən Ermənistanla Azərbaycan arasında balans saxlamağa çalışdığını bəyan edirsə, onda buradan bir məsələ hasil etmək olar: “ABŞ-ın praktiki addımları onların bəyannamələri ilə üst-üstə düşmür. Bu isə təxribatçı siyasət yürütməkdir ki, amerikalılar erməni xalqına və digər başqa postsovet ölkələrinə sırıyıblar. Mövcud siyasətdə isə suveren ölkələr yalnız bir addımı ata bilərlər: özlərinin milli maraqlarını qorumaq və müdafiə etmək”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB