Macarıstanın Baş naziri Serbiyanın ali ordeni ilə təltif edilib
Macarıstanın Baş naziri Viktor Orban Serbiya Respublikasının ali ordeni ilə təltif olunub. SİA xəbər verir ki, paytaxt Belqradda Viktor Orbanı qəbul edən Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin qış fəslini təhlükəsiz keçirməsinə verdiyi töhfəyə görə Macarıstan liderinə təşəkkür edib.
Serbiya Prezidenti Macarıstanın Baş naziri Viktor Orbanı iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafındakı xidmətlərinə görə dövlət medalı ilə təltif edib. A.Vuçiç serb və macar xalqlarının dost xalqlar olduğunu, Serbiya və Macarıstanın Avropanı birgə müdafiə etdiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB