Cəlilabadda şəhid Rəşad Zeyniyevin xatirəsi yad edilib FOTOLAR
YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi, aparat işçiləri və partiya fəalları 13 sentyabr 2022-ci il tarixdə şəhid Zeyniyev Rəşad Ələkbər oğlunun doğum günü ilə əlaqədar, şəhidin xatirəsinə təşkil edilmiş mərasimdə iştirak etmişlər. Mərasimdə iştirak edənlər, şəhidin keçdiyi həyat yolundan, göstərdiyi şücaətdən bəhs etmiş, dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan danışmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB