"Türkiyə ordusu 371 terrorçunu zərərsizləşdirib" - HULUSİ AKAR

"Türkiyə ordusu 371 terrorçunu zərərsizləşdirib" - HULUSİ AKAR

İraqın şimalında Pəncə-Kilid antiterror əməliyyatının başladığı 17 apreldən indiyədək 371 terrorçu zərərsizləşdirilib. SİA-nın Türkiyə mətbuatına istinadla xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Akarın sözlərinə görə, 148 gündə terrorçuların 400-dən çox sığınacağı dağıdılıb, 2 minədək partlayıcı qurğu zərərsizləşdirilib.

“Biz 85 milyon Türkiyə vətəndaşına qarşı terror təhlükəsini neyrtallaşdırmaqda qərarlıyıq” – deyə müdafiə naziri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə