Azərbaycan-İtaliya əlaqələri sağlam təməl üzərində inşa olunub ŞƏRH
İtaliya haqqında yazmaq, danışmaq, bu ölkə barədə oxumaq, onu öyrənmək, yəqin ki, hər bir şəxs üçün maraqlıdır. Zənnimcə, çox qədim və zəngin tarixə malik olması, ümumilikdə bu ölkənin dünyanın ən gözəl təbiət guşəsi kimi diqqəti cəlb etməsi, çox qədim abidələrin qorunub saxlanması, dünyaya zəngin mədəniyyət nümunələri bəxş etməsi və bu kimi xeyli sayda faktlar İtaliyaya olan marağın əsas amillərindən biridir.
Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən amillərin mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında bir çox regioal və ikitərəfli strateji əhəmiyyətli sənədlər imzalanmışdır. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.
İlk dəfə 1997-ci ilin sentyabrında Prezident Heydər Əliyevin, Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının istiqamətlərinin konturlarını cızmış və bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir. Sırf Avropanın enerji xəritəsini dəyişən TANAP və TAP layihələri bu münasibətlərin hansı səviyyədə olmasının bariz nümunəsidir. Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində və iki dövlətin hökumətləri, eləcə də qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələrinin inkişafını hər iki ölkənin dövlət rəsmiləri daim dəstəkləyir və öz töhfələrini verməyə çalışırlar. Bütün görüşlərdə nümayəndə heyətimizə qarşı xoş münasibət və mehribanlıq duyulurdu. Bu münasibətdə xüsusi çalarlar hiss olunurdu ki, bu da ümumilikdə İtaliyanın Azərbaycana, italiyalıların isə xalqımıza olan marağı kimi qiymətləndirilə bilər. Regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycan Avropanın etibarlı strateji tərəfdaşına çevrilib. 2 sentyabr Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində ən maraqlı məramlardan biri də İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi tədbiri idi. Bu tədbir cənab Prezidentin iştirakı təhsil sahəsində iki tərəfli əməkdaşlığa verilən ciddi önəm və əhəmiyyət qaynaqlı olduğunu göstərir.İtaliya ilə Azərbaycan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB